İsveç və Finlandiya vədlərini yerinə yetirmir – Bozdağ

İsveç və Finlandiya vədlərini yerinə yetirmir – Bozdağ

Türkiyənin daha əvvəl də ümumilikdə 33 terrorçu ilə bağlı tələbi var idi. Bu tələblərin bir qismini təzələdik, yenilərini də onlara çatdırdıq, lakin indiyədək heç bir rəsmi cavab almamışıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

“Mətbuatda “İsveçdə belə qərarlar verildi, belə qərarlar çıxdı” deyə xəbərlər yayılır, amma indiyə qədər bizə rəsmi heç nə təqdim edilməyib. Biz bu prosesdə İsveç və Finlandiya hökumətlərini izləyəcəyik. İsveç və Finlandiya, Almaniya, Fransa… – hamısı PKK və FETÖ-nün inkubatorlarıdır: bir tərəfdən onlara polisin nəzarəti altında təhlükəsiz şəkildə bütün fəaliyyətlərini həyata keçirməyə imkan verirlər, digər tərəfdən terrorçuların toplanmasına və öyrədilməsinə göz yumurlar.

İsveç və Finlandiya hökumətləri NATO-ya üzvlüklə bağlı verdikləri vədləri yerinə yetirsələr, Türkiyə prosesi başa çatdırmaq üçün lazımi addımı atacaq, amma yerinə yetirməsələr, Türkiyə də adekvat qərar verəcək”, – Bozdağ bildirib.

Teqlər: