Rusiya desant gəmisinin vurulduğunu təsdiqlədi

Rusiya desant gəmisinin vurulduğunu təsdiqlədi

Feodosiyada Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı “Novoçerkassk” desant gəmisi zədələnib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gecə Feodosiya bazasında Ukrayna Silahlı Qüvvələrinin idarə olunan aviasiya raketlərini dəf edərkən “Novoçerkassk” böyük desant gəmisi zədələnib. Hava hücumundan müdafiə sistemləri Jovten yaşayış məntəqəsi ərazisində (Nikolayevdən 125 km şimal-şərqdə) düşmənin iki Su-24 taktiki təyyarəsini məhv edib”.

Teqlər: