Rusiya danimarkalı diplomatları arzuolunmaz şəxs elan edib

Rusiya Danimarkanın yeddi diplomatını arzuolunmaz şəxs elan
edib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin
bəyanatında deyilir.

Qeyd olunur ki, bu qərar Danimarkanın Rusiyaya qarşı analoji
addımına cavab olaraq verilib. Bu barədə Danimarka səfirinin
məlumatlandırıldığı deyilir.

Qərara əsasən, danimarkalı diplomatlar iki həftə ərzində
Rusiyanı tərk etməlidir.