Rusiya daha bir şəhərə zərbə endirdi: yaralılar var

Rusiya daha bir şəhərə zərbə endirdi: yaralılar var

Rusiya hərbçilərinin Donetsk vilayətinin Kuraxovo şəhərinə endirdiyi zərbə nəticəsində ikisinin vəziyyəti ağır olmaqla 16 nəfər yaralanıb, 15 hündürmərtəbəli binaya ziyan dəyib.

AzerTimes xəbər verir ki, bunu Donetsk regional dövlət administrasiyasının sədri Vadim Filaşkin deyib.

“Kuraxovo bu gün atəşə tutulub. Düşmən şəhərin tam mərkəzinə daxil olaraq ən azı 15 hündürmərtəbəli binaya ziyan vurub. İlkin məlumata görə, ruslar idarə olunan bombadan istifadə ediblər”,- o bildirib.

Teqlər: