Rusiya dağıdıcı strateji üstünlük qazanacaq – Milli

Rusiya dağıdıcı strateji üstünlük qazanacaq – Milli

Qərbin Ukraynaya dəstəyi olmazsa, Rusiya müəyyən zamanla dağıdıcı strateji üstünlük qazanacaq.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin keçmiş baş komandanı Mark Milli deyib.

“Bu, faciəvi olacaq. Çünki bu nöqtədə ukraynalılar özlərini uğurla müdafiə edə bilməyəcəklər”, – Milli bildirib.

O, Konqresdəki respublikaçıları yardımla bağlı əngəli aradan qaldırmağa çağırıb:

“Ukraynaya dəstəkdən imtina edilməsi qaydalara əsaslanan dünya düzəninə ölümcül zərbə anlamına gəlir”.

Milli hesab edir ki, hazırki problem amerikalıların son vaxtlar Əfqanıstan və İraqda döyüşməsi və əbədi müharibələrdən artıq kifayət qədər yorulması ilə müəyyən qədər əlaqəlidir.

Teqlər: