Rusiyada müharibə xərcləri və Qərbin sanksiyaları ölkə büdcəsində boşluq yaradacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Proqnoza görə, Rusiyanın ehtiyatları son illərin ən aşağı səviyyəsinə düşəcək:
“Bu, Kremlin resurslarına daha da böyük zərbə vuracaq, çünki Rusiya Prezidenti Vladimir Putin sonu görünməyən müharibəni maliyyələşdirməyə çalışır və 2024-cü ildə keçiriləcək seçkilərə hazırlaşır”.
Analitik Aleksandra Suslina hesab edir ki, büdcənin əsaslandığı makroiqtisadi proqnoz müharibə və yeni sanksiyaları nəzərə almır və buna görə də reallığı əks etdirmir.