Rusiya bu tarixdə kütləvi hücuma keçəcək – Qumenyuk

Rusiya bu tarixdə kütləvi hücuma keçəcək – Qumenyuk

Rusiya Ukraynaya qarşı kütləvi zərbələr endirmək taktikasından əl çəkməyib. Hücumlar arasındakı iki həftəlik fasilələri nəzərə alsaq, növbəti hücum məhz 24 fevralda Rusiyanın genişmiqyaslı işğalının ildönümünə təsadüf edə bilər.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuka deyib.

“İndi gəmi qruplaşması eyni saydadır, 8-ə qədər “Kalibr” raketi ilə təchiz edilmiş iki sualtı raketdaşıyıcı xidmətə davam edir. Bu, düşmənin raket hücumlarından əl çəkmədiyini göstərir”, – Qumenyuk bildirib.

Onun sözlərinə görə, bu, həm kütləvi hücum, həm də mümkün və məqsədyönlü zərbələr ola bilər:

“Bir qayda olaraq sualtı qayıqlardan buraxılışları aşkar etmək çətindir. Beləliklə, düşmən bu zərbələrlə yerli əhalini qorxuda bilər”.

Teqlər: