Rusiya bu şəhəri hərbi bazaya çevirir

Rusiya bu şəhəri hərbi bazaya çevirir

Rusiya Melitopol şəhərinə son bir neçə həftədə yüzlərlə yeni hərbçi gətirib. Şəhər böyük hərbi bazaya çevrilir.

AzerTimes xəbər verir ki, bu barədə “Ria Melitopol” məlumat yayıb.

Məlumata görə, artıq şəhərdəki bir sıra inzibati binalar hərbçilərin ixtiyarına verilib. Hətta keçmiş uşaq sanatoriyasının binası hospitala çevrilib.

Bundan başqa, Krımdan Melitopola 100 ədəd təcili yardım maşınının gətirildiyi də bildirilib.

Teqlər: