Rusiya bu sahədə dünyada liderdir – Çudakov

Rusiya bu sahədə dünyada liderdir – Çudakov

Rusiya nüvə enerjisinin inkişafı üzrə dünyada liderdir.

AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin sədr müavini Mixail Çudakov deyib.

O bildirib ki, Rusiya bu sahədə irəliləyir:

“Həmçinin Çin də. Çünki ölkə rəhbərləri buna xüsusi diqqət yetirirlər. Bu cür işləri özəl şirkətlərə həvalə etdikdə, dollar məsələsinə görə onların işi çətinləşir. Məlum olduğu kimi, ilk növbədə nüvə enerjisinə böyük investisiyalar qoyulmalıdır. Bunun geri dönüşü və qazanca çevrilməsi üçün 20 ilə yaxın vaxt lazımdır. Ona görə də nadir hallarda özəl şirkətlər və ya özəl banklar belə layihələrə sərmayə qoyurlar. Burada da dövlət tənzimlənməsi lazımdır və Rusiya da bunu edir. Ona görə də Rusiya digər ölkələri qabaqlayır və həm də bu sahədə ən qabaqcıl texnologiyalara malikdir.

Teqlər: