Rusiya bu ölkənin vassalına çevrilir – Makron

Rusiya bu ölkənin vassalına çevrilir – Makron

Rusiya Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzdu və indi Çinin vassal dövlətinə çevrilir.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Rusiya faktiki olaraq Çinə tabe olub. Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gəlməyə məcbur etdiyinə görə Baltik dənizində onun üçün kritik əhəmiyyətli imkanlarını itirib”, – Makron bildirib.

O vurğulayıb ki, Rusiya bu müharibədə hərbi müstəvidə qalib gəlməməlidir:

“Avropa həm əks-hücumda, həm də qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda ukraynalılara kömək etməlidir”.

Teqlər: