Rusiya bu ölkənin diplomatını qovdu

Rusiya bu ölkənin diplomatını qovdu

Litva diplomatı beş gün ərzində Rusiya ərazisini tərk etməlidir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Dekabrın 28-də Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Yurqita Cibulskiene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Dekabrın 1-də Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşının əsassız olaraq ölkədən çıxarılması ilə bağlı Litva tərəfinə kəskin etiraz edilib”, – məlumatda bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, buna cavab olaraq litvalı diplomatlardan biri persona non-qrata elan edilib. O, beş gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

“Arzuolunmaz şəxs” elan olunan diplomatın adı açıqlanmayıb.

Teqlər: