Rusiya bu ölkələrlə təlimə hazırlaşır

Rusiya bu ölkələrlə təlimə hazırlaşır

Cənubi Afrika Respublikası, Rusiya və Çin bu ilin fevralında Afrikanın cənub sahilləri yaxınlığında Hind okeanında birgə hərbi dəniz təlimləri keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Afrika Milli Müdafiə Qüvvələri məlumat yayıb.

Təlimlər fevralın 17-dən 26-dək Cənubi Afrikanın Kvazulu-Natal əyalətinin sahilyanı rayonlarında keçiriləcək.
İlkin planlara görə, Rusiya burada iki döyüş gəmisi ilə təmsil olunacaq.

Qeyd edək ki, təlimlər, xüsusən, artilleriya atəşi və hava hücumundan müdafiə əməliyyatlarının inkişafını təmin edir.

Teqlər: