Rusiya bu istiqamətdən Ukrayanaya hücuma hazırlaşır

Rusiya bu istiqamətdən Ukrayanaya hücuma hazırlaşır

Ukrayna ordusu 2023-cü ilin fevralında Belarus ərazisindən Rusiya qoşunlarının yeni mümkün hücumuna hazırlaşır.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Əməliyyat Komandanlığının komandanı, general-mayor Andrey Kovalçuk deyib.

O qeyd edib ki, Ukrayna hərbçiləri müəyyən əraziləri minalayaraq etibarlı müdafiə hazırlayıblar:

“Biz fevralın sonunda, bəlkə də daha sonra Belarusdan mümkün hücumu nəzərdən keçiririk”.

Kovalçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri yalnız onlara yeni Qərb silahları göndərildiyi təqdirdə cavab verə biləcək:

“Bizə hücum tüfəngi, pulemyot, mərmi yox, daha çox kollektiv silah – kasetli döyüş sursatları lazımdır. Əminik ki, bu işdə bizə qələbəmizi istəyənlər tərəfdaşlarımız yardım edəcəklər. Bizə həm tanklar və təyyarələr lazımdır. Ən azı 95% effektivliyə malik etibarlı hava hücumundan müdafiə sisteminə də ehtiyacımız var”.

Teqlər: