Rusiya bu istiqamətdəki uğurlarını şişirdir – Hesabat

Rusiya bu istiqamətdəki uğurlarını şişirdir – Hesabat

Rusiya qüvvələri Ukraynanın şimal-şərqində və cənubunda davam edən itkilər fonunda azı bir istiqamətdə uğurlarını təsvir etmək üçün Baxmutda hücum iddialarını saxtalaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabat yayıb.

“Rusiya qoşunları cəbhə xəttinin Baxmut istiqamətində böyük itki verərək yavaş templə məhdud nailiyyətlər əldə edib. Qərb ekspertlərinin fikrincə, Kremlin uğur əldə etməsiylə bağlı təbliğat xarakterli iddiaları, çox güman ki, əsgərlər arasında əhval-ruhiyyəni yüksəltmək məqsədi daşıyır.

Baxmut yaxınlığındakı vəziyyətin bu aspektdə işıqlandırılması Donbasda qələbə üçün şəxsi məsuliyyəti öz üzərinə götürən “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin üçün faydalıdır.

Oktyabrın 23-də Y.Priqojin “Vaqner”lərin orada gündə 100-200 metr irəlilədiyini bildirmiş absurd şəkildə o iddia etmişdi ki, bu, müasir irəliləyişlər üçün normal tempdir”, – məlumatda deyilir.

Teqlər: