Rusiya bu istiqamətdə xeyli hərbi texnika toplayıb – Qromov

Rusiya bu istiqamətdə xeyli hərbi texnika toplayıb – Qromov

Rusiya Dnepr və Orexovski istiqamətlərində qruplaşmalarını gücləndirmək üçün Krımın şimalında əhəmiyyətli ehtiyat qüvvələri saxlayır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general Aleksey Qromov deyib.

“Cankoy şəhəri və ətraf rayonlar əslində Krımdakı ən böyük hərbi bazaya çevrilib. Orada Rusiya canlı qüvvə, silah və hərbi texnikası yerləşdirir. Təxminən 750 ədəd silah və hərbi texnika var”, – Qromov bildirib.

Teqlər: