Rusiya bu halda nüvə silahını itirəcək – Jdanov

Rusiya bu halda nüvə silahını itirəcək – Jdanov

Ukrayna döyüş meydanında qalib gələrsə, Rusiya nüvə silahını itirə bilər.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Rusiya qoşunlarının döyüş meydanında hərbi məğlubiyyəti Kreml rəhbərliyinin dəyişməsinə gətirib çıxara bilər. Və bu yeni rəhbərlik nüvə silahını MAQATE-nin və ya xüsusi komissiyanın nəzarətinə verə bilər. Ola bilsin ki, sonradan bu, utilizasiya edilsin. Rusiyanın nüvə silahından istifadə imkanlarının məhdudlaşdırılmasına ancaq bizim döyüş meydanında hərbi qələbəmiz nəticəsində nail olmaq olar. Bu, Qərbin Rusiyanı cilovlamaq üçün şansıdır”, – o bildirib.

Teqlər: