Rusiya bu ərazidə irəliləyişə nail olur – ABŞ

Rusiya bu ərazidə irəliləyişə nail olur – ABŞ

Rusiya Artemovsk vilayətində (Baxmut – red.) ciddi döyüşlər aparır.

AzerTimes xəbər verir ki, bu barədə TASS ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

“Ruslar getdikcə irəliləyiş əldə ediblər. İnanırıq ki, onlar bu istiqamətdə tədricən irəliləyiş əldə etməyə davam edəcəklər”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya bu əraziyə ciddi səylər sərf edib, lakin Ukrayna hərbçiləri hələ də bunun üçün cəsarətlə mübarizə aparır.

ABŞ rəsmisi əlavə edib ki, nəticə hazırda qeyri-müəyyəndir.

Teqlər: