Rusiya böyük gəlir əldə etməyə davam edir – “Blumberq”

Rusiya böyük gəlir əldə etməyə davam edir – “Blumberq”

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, neft satışından böyük gəlir əldə etməkdə davam edir.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“İyul ayında Rusiyadan göndərilən xam neftin ixrac rüsumunun artırılması Kremlə ayın ilk həftəsində axınların azalmasının öhdəsindən gəlməyə kömək etdi. Belə ki, iyun-iyul aylarında rüsum dərəcələri 23% artıb. Beləliklə, Rusiya hər satılan barreldən bir ay əvvələ nisbətən 1,42 dollar çox gəlir əldə edib.

Bu artım sayəsində Rusiya iyulun 8-dək olan həftədə xam neft tədarükünün 15% azalmasının qarşısını aldı. Rusiyanın gəlirləri cəmi 3 milyon dollar və ya 2% azalıb”, – agentliyin məlumatında qeyd olunub.

Teqlər: