“Rusiya, bizi bağışla!” Ermənilər artıq Qərblə dost olmaq istəmir

Siz mənə gülə bilərsiniz, amma, doğrudan elə fikirləşirdim ki, Amerika bizi qoruyacaq. Onlar sanki Türkiyənin Azərbaycanı dəstəkləməsinə qıcıqlanmışdılar. Hətta qonşularımla bir butulka konyakdan mərc gəldim ki, amerikalılar Qarabağa qoşun yollayacaqlar. Amma Uduzdum… Qoca adamam, təbliğata tez uyuram. Mənə belə gəlirdi ki, Qərb bizim qeydimizə qalır

AzerTimes-ın məlumatına görə, bu sözləri “Arqumentı i Faktı” qəzetinin reportajında 70 yaşlı ədəbiyyat müəllimi Tamraz Arutyunyan deyib

Qəzetinin reportyoru Yerevanda olub, Ermənistan vətəndaşlarının indi nə fikirləşdiklərini öyrənməyə çalışıb.

37 yaşlı kompüter proqramçısı Eduard Qaregyan isə daha qəzəblə danışır: “Amerika və Avropa bizi uşaq kimi aldatdıl. Ermənistan bizdən dəfələrlə güclü düşmənlə üzbəüz qaldı. Onlar, amerikalılar və avropalılar isə oturub sanki zooparkdakı kimi baxır, bizi necə parçaladıqlarını izləyirdilər”.

Yerevan sakini Aram Qurgenyan deyir: “Ruslar yeganə dostlarımızdır! Bunu həmişə demişəm və deyəcəyəm. Əgər 1920-ci ildə Rusiyanın tərkibinə qatılmasaydıq, türklər erməniləri məhv edərdi. Ermənilərin qırğına məruz qalmadığı yeganə dövr Sovet dövrü olub”.

Ermənilərin dediklərinə görə, indiki baş nazir Nikol Paşinyan müxalifətdə olanda ölkənin Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına çağırırdı. Amma Paşinyan baş nazir kreslosuna əyləşən kimi onun Rusiyaya qarşı yönəlmiş çağırışları bir anda yox oldu. Məlum oldu ki, erməni siyasətçilər Rusiya ilə əlaqələrin kəsilməsinə görə xeyli pul itirməyə hazır deyillər.

Ermənistan ordusunun sabiq kapitanı Suren Ter-Qukasyan deyir: “Bizə deyirdilər ki, ermənilərin nifrət etdikləri prezident Serj Sarkisyan hakimiyyəti Rusiyaya meylli idi. Yəni Rusiya bu cür pis adamları, oğru və rüşvətxorları dəstəkləyirdi. Yeni baş naziri Corc Soros fonduna yaxın şəxsər əhatə edirdi və Rusiya əleyhinə fikirlər səsləndirirdi. Paşinyan isə anlayırdı ki, Rusiya ilə münasibətləri korlamağa dəyməz. Bəlkə də o, Lukaşenko kimi Qərbə yönələcəyini deyib Rusiyadan pul almağı fikirləşirdi. Bizdə hamı pulla özünə dost tutmağa öyrənib”.

Ermənilər deyir ki, İkinci Qarabağ müharibəsi günlərində Qərb Ermənistana ünvanlanmış dəstək mesajlar verdi, ABŞ-ın o dönəmdəki prezidenti Donald Tramp atəşkəsə nail olmağa çalışdı. Düzdür, atəşkəs cəmi 2 saat çəkdi. Müharibə yalnız Rusiyanın vasitəçiliyi ilə dayanddı. İndi məhz Rusiyan hərbçiləri Qarabağda mina sahələri və partlamamış mərmilərin arasında xidmət edir.

İndi Yerevanın mərkəzində, Baqramyan prospektində müxalifətin mitinqlərində ermənilər bu cür şüarlar səsəndiri: “Bizə Qərb lazım deyil. Ruslarla birlikdə olmaq istəyirik! Bizdən inciyibsiniz? Bağışlayın bizi!” İndi ermənilər deyir ki, Rusiya və Belarusun vahid dövlətinə Ermənistan da daxil olarsa, türklər onlara toxuna bilməzlər.

Reallıq isə budur ki, Qərb Ermənistana heç nə vəd etməmişdi və Azərbaycanla müharibə başlayacağı təqdirdə İrəvana dəstəklə bağlı anlaşmalar da yoxdu. Günah erməni siyasətçilərdədir. Onlar fasiləsiz bəyan edirdilər ki, Ermənistan mütləq Avropa və ABŞ ilə əlaqələri genişləndirməlidir, ermənilərin əsas tərəfdaşları avropalılar və amerikalılardır.

Əslində, Qərbi Qarabağ probleminin çözülməsi heç zaman maraqlandırmayıb.

ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanımasına gəldikdə isə, Vaşinqton bunu Türkiyəni qıcıqlandırmaq, Ankaradan qisas almaq üçün etmişdi.

“Ermənistanın sağ qalmaq, məhv olmamaq üçün, sadəcə, bir şansı qalıb. Tamamən Rusiyaya meylli mövqe tutmaq. Qəribədir ki, Ermənistanda hələ də bunu tam anlamırlar”

Teqlər: