“Neftçi” klubu “Səbail”i böyük hesabla məğlub edib (FOTO)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

AzerTimes-ın məlumatına görə, turun son oyununda “Neftçi” “Bakcell Arena”da “Səbail”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 42-yə çatdıran “Neftçi” zirvədəki yerini qoruyub. “Səbail” isə 18 xalla 6-cı pillədə qalıb.

Teqlər: