Rusiya Belarusu müharibəyə çəkəcək – Polşa

Rusiya Belarusu müharibəyə çəkəcək – Polşa

Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək niyyəti Minski Kremlin hərbi maşınına cəlb etmək yolunda addımdır.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vurğulanıb ki, Rusiyanın planı gərginliyi artırır:

“Vladimir Putinin Belarusda taktiki nüvə silahları və onların daşınma maşınlarını yerləşdirmək qərarı Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı gərginliyi daha da artırır. Bu, Belarusu Rusiya hərbi maşınına cəlb etmək üçün daha bir addımdır”, – məlumatda deyilir.

Teqlər: