Rusiya bayrağı təhqir olundu, Nikol günahkardır

Rusiya bayrağı təhqir olundu, Nikol günahkardır

İrəvanda erməni millətçisi Hitler tərəfindən Leninqradın mühasirəsində həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəni murdarlayıb. Millətçi çələngləri yerə səpərək Rusiya bayrağını tapdalayıb.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“O, kamerada bunu Mariya Zaxarovadan qisas almaq üçün etdiyini deyib. Rusiya XİN-in mövqeyini hansısa formada bəyənməyib. Bu millətçinin özü də mental olaraq adekvat olmaya bilər. Amma bunun üçün siyasi məsuliyyət artıq bir neçə ildir ki, antirusiya təbliğatı kampaniyası aparan Ermənistan rəhbərliyinin üzərinə düşür”, – o bildirib.

Teqlər: