Rusiya Baxmutdan daha çox, bura hücuma edir

Rusiya Baxmutdan daha çox, bura hücuma edir

Rusiya ordusu Kremennoy yaxınlığında hücuma keçir, fəallıq Baxmut istiqamətindən də yüksəkdir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy bildirib.

O qeyd edib ki, düşmən ardıcıl olaraq Kremennoy yaxınlığında fəallaşmağa çalışır:

“Xüsusən də bu günlərdə Beloqorovka, Nevski, Serebryanski meşə təsərrüfatı ərazisində düşmən fəallığı müşahidə olunub. Hətta Baxmut istiqamətindən də çox fəallıq buradadır”.

O əlavə edib ki, işğalçılar artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən istifadə edirlər.

Çerevatıy bildirib ki, Rusiya zirehli texnikadan getdikcə daha çox istifadə edir.

Teqlər: