Rusiya Baş Prokurorluğundan Priqojin açıqlaması

Rusiya Baş Prokurorluğundan Priqojin açıqlaması

23 iyun 2023-cü ildə Rusiya FTX-nin İstintaq İdarəsi qanuni və əsaslı şəkildə Y.Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsinə əsasən cinayət işi başladıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, Priqojinin əməlinə lazımi hüquqi qiymət veriləcək.

Bu cinayət əməlinə görə Priqojini 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Teqlər: