Rusiyanın “VTB Bank”ı Gürcüstan bazarını tərk edir.
AzerTimes xəbər verir ki, bu barədə “VTB Bank”ın rəhbəri Andrey Kostin məlumat verib.
“VTB Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin və Hindistanda qalmaqda davam edir. Bizim mövqeyimiz prinsipialdır, biz hər yerdə qalırıq. Bu ölkələrdə biznesimizin inkişafı üçün perspektivlər görürük. Biz yalnız Gürcüstandan gedirik, bu ölkədə vəziyyət bir qədər başqadır”, – Kostin vurğulayıb.