Zelenski Kulebanı Afrikaya göndərir

Zelenski Kulebanı Afrikaya göndərir

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Afrikanın 6 ölkəsinə səfər edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Mənim tapşırığımla Ukraynanın xarici işlər nazirinin ölkəmizin tarixində ilk dəfə Afrika dövlətlərinə regional turu hazırlanır. Biz həm də parlamentlərarası dialoqu inkişaf etdirməliyik, bunun üçün mən Rada nümayəndələrinin Afrika ölkələrinə səfərlərinin təşəbbüskarıyam”, – Zelenski söyləyib.

Onun sözlərinə görə, Ukraynanın Afrika məsələləri üzrə xüsusi nümayəndəsi ölkələr arasında daha sıx əməkdaşlıq üçün yaxın vaxtlarda işə başlayacaq.

Teqlər: