Rusiya Bakı və İrəvana yardıma hazırdır – Qaluzin

Rusiya Bakı və İrəvana yardıma hazırdır – Qaluzin

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına bundan sonra da hər cür yardım göstərməyə hazırdır və tərəflərin sülh müqaviləsi imzalaya biləcəyinə ümid edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşma və bir sıra məsələlərdə mövqeləri yaxınlaşdırmağa imkan verdi. Biz bundan sonra da bu məqsədlər üçün Bakı və İrəvana hər cür yardım göstərəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh sazişlərinin əldə olunmasına imkan yaradacaq”, – Qaluzin bildirib.

Teqlər: