Rusiya Azərbaycanla milli valyutalarda bank əməkdaşlığını genişləndirmək niyyətindədir – Səfir

Rusiya Azərbaycanla milli valyutalarda bank əməkdaşlığını
genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Rusiyanın
Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında
deyib.

“Ödənişlərlə bağlı çətinliklər rublun məzənnəsinin dəyişməsi ilə
əlaqədardır. 22 fevral tarixli bəyannaməyə uyğun olaraq biz milli
valyutalarda bank əməkdaşlığını genişləndirməyi planlaşdırırıq. Bu,
həmin problemin həllinə kömək edəcək. Artıq bu istiqamətdə müsbət
addımlar var”, – səfir deyib.

M.Boçarnikov xatırladıb ki, bu ilin martında Rusiya gömrük
xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub və bu
səfər zamanı xarici iqtisadi fəaliyyət iştirakçıları üçün kömrük
dəhlizinin sadələşdirilməsi üzrə pilot layihə təqdim olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: