Rusiya Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına məhdudiyyəti götürür

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

Rusiya martın 17-dən etibarən Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bildirib.


Qeyd olunub ki, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti əsasında, eləcə də birgə video yoxlamalar zamanı seçilmiş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələrinə müvafiq olaraq verilib.