Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir – XİN

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Nazirlik bildirib ki, Moskva hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmasları dəstəkləyir:

“Biz Azərbaycanla Ermənistan arasında sərhədyanı insidentlə bağlı yaranmış vəziyyəti diqqətlə izləməkdə davam edirik. Rusiya tərəfi ali və yüksək səviyyələrdə müntəzəm təmaslar çərçivəsində Bakı və Yerevana gərginliyin azaldılmasında kömək göstərir. Ölkələrimizin hərbi və sərhəd xidmətləri xətti ilə operativ təmaslar yaradılır”.

Teqlər: