Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır – Zaxarova

Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunması proqramı hazırlanır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Hazırda həm rəsmi, həm də mədəni-humanitar hissə üzrə tədbirlər planının razılaşdırılması aparılır. Ümid edirəm ki, yaxın zamanlarda biz müvafiq məlumatları verəcəyik”, – deyə M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, Rusiya gələn il bir sıra ölkələrlə diplomatik münasibətlərin ildönümünü qeyd edəcək və hazırda bununla bağlı proqramlar hazırlanır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: