Rusiya Avdeyevkadan qüvvələrini çəkir – Yeni hücum

Rusiya Avdeyevkadan qüvvələrini çəkir – Yeni hücum

Rusiya Avdeyevkanı işğal etdikdən sonra əsas səylərini Novopavlovsk isitqamətinə cəmləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “Tavriya” əməliyyat-strateji qoşun qrupunun spikeri Dmitri Lixovoy bildirib.

Onun sözlərinə görə, Avdeyevka ərazisində ruslar hələ də hücumlarını davam etdirirlər, lakin orada işğalçıların hərəkətləri artıq əsasən lokal xarakter daşıyır.

Eyni zamanda, Rusiya komandanlığı əsas ehtiyatlarını Marinka şəhərinin cənubunda yerləşən Novomixayılovka kəndi ərazisinə çəkməyə başlayıb.

Teqlər: