Rusiya atom sualtı qayığının sınağını keçirir

Rusiya atom sualtı qayığının sınağını keçirir

Rusiya “Generallisimus Suvorov” sualtı qayığının sınağını keçirir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı Nikolay Yevmenov deyib.

Onun sözlərinə görə, gələn ay sualtı qayıq Rusiya ordusunun arsenalına daxil ediləcək.

Qeyd edək ki, “Generallisimus Suvorov” sualtı qayığı Rusiyanın “Borey-A” layihəsinin ikinci raketdaşıyıcısıdır. Bu sualtı qayıq “Bulava” ballistik raketləri ilə təchiz olunub.

Teqlər: