Rusiya Arktikada bazalar qurur – Peyk görüntüsü

Rusiya Arktikada bazalar qurur – Peyk görüntüsü

Ukrayna ilə müharibədə böyük itkilərə baxmayaraq, Rusiya Arktika yaxınlığında Uzaq Şimal bölgələrində hərbi bazalarını inkişaf etdirməyə davam edir.

AzerTimes xəbər verir ki, bu barədə CNN jurnalistləri “Maxar Technologies” şirkətindən aldığı peyk görüntülərini öyrəndikdən sonra bildiriblər.

Fotoda son bir il ərzində təkmilləşdirilmiş bir sıra Rusiya radar bazaları və uçuş zolaqları əks olunub:

“Arktika regionu uzun müddət Rusiyanın neft-qaz sektoru, eləcə də nüvə müdafiəsi üçün əsas bölgə olub, çünki bu ərazi müasir nüvə silahlarının və sualtı qayıqların əhəmiyyətli hissəsinin məskənidir”.

Nəşr qeyd edir ki, Arktika Rusiya üçün həm də ona görə vacibdir ki, əriyən buzlar Cənub-Şərqi Asiyadan Avropaya yeni dəniz yolları açır.

NATO-nun Baş katibi Yens Stoltenberq də bildirib ki, son gərginlik Rusiyanın hərəkətlərinə cavab olaraq alyansı şimaldakı mövcudluğunu ikiqat artırmağa məcbur edib.

Teqlər: