Epidemioloji vəziyyətə görə Rusiya ilə Türkiyə arasında uçuşlar 12 aprel tarixindən bir ay məhdudlaşdırıla bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti Rusiya Nəqliyyat Nazirliyində və iki böyük turizm agentliklərinin mənbələrinə istinadən bildirib.
Məlumata əsasən, məhdudlaşdırıcı tədbirlər aprelin 12-dən etibarən qüvvəyə minə bilər, lakin uçuşların tam dayandırılması gözlənilmir.
Məhdudiyyətlərin çarter uçuşlarına qadağanı əks etdirəcəyini və Türkiyədən gələnlər üçün 14 günlük karantin tətbiq olunmasının mümkün olduğu bildirilib.