Rusiya Antalya diplomatik forumunda iştirak edəcəyini təsdiqləyib

Bu gün Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov
və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

AzerTimes Anadolu
agentliyinə istinadla xəbər verir ki, danışıqların gedişində Rusiya
Federasiyası və Ukrayna arasında gərginliklə bağlı son hadisələr
müzakirə edilib. Mövlud Çavuşoğlu məsələnin nizamlanması üçün
diplomatik təşəbbüslərin vacibliyinə toxunub. O, Türkiyənin Rusiya
və Ukrayna arasında görüşlərin təşkilinə hazır olduğunu bildirib.
Çavuşoğlu, həmçinin qeyd edib ki, nazir Lavrov martın 11-13-də
Antalyada keçiriləcək diplomatik forumunda iştirak edəcəyini
təsdiqləyib.

Agentliyin məlumatına görə, Türkiyənin xarici işlər naziri
ukraynalı həmkarı Dmitri Kuleba ilə də telefonda danışıb. Onlar da
Rusiya və Ukrayna arasında gərginliyi müzakirə ediblər.

Teqlər: