Rusiya ABŞ PUA-sının qalıqlarını dənizdən çıxarıb?

Rusiya ABŞ PUA-sının qalıqlarını dənizdən çıxarıb?

Pentaqon Rusiyanın Qara dənizə düşən ABŞ pilotsuz təyyarəsinin qalıqlarını çıxarmağa çalışdığı barədə mediada yayılan xəbərləri oxuyub, lakin bu xəbərləri nə təsdiq, nə də təkzib etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder danışıb.

“Mən bu mövzuda bir sıra xəbərlər görmüşəm, lakin bunların olub-olmadığını təsdiqləyə bilmirəm”, – deyə Rayder qeyd edib.

Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatına çırpılıb. Nəticədə PUA dənizə düşüb.

Teqlər: