Rusiya ABŞ-ın təhlükəsizlik məsələləri ilə bağlı təkliflərinə cavab verib

ABŞ Vaşinqtonun Moskvaya göndərdiyi təhlükəsizlik məsələləri ilə bağlı təkliflərinə Rusiyadan yazılı cavab alıb.

Trend xəbər verir ki, bunu Тhe Washington Post nəşrinə ABŞ administrasiyasının təmsilçisi bildirib.

“İctimai danışıqlar aparmaq məhsuldar olmaz, ona görə də onlar öz cavablarını müzakirə etmək istəsələr, biz bunu Rusiyanın öhdəsinə buraxacağıq”, – mənbə bildirib.

O, həmçinin, Rusiyanın cavabının təfərrüatlarını açıqlamaqdan imtina edib və qeyd edib ki, ABŞ təhlükəsizlik məsələlərinin həlli üçün dialoqa tam sadiqdir. Rəsmi qeyd edib ki, Vaşinqton müttəfiqləri və tərəfdaşları, o cümlədən Ukrayna ilə sıx məsləhətləşmələri davam etdirəcək.

Teqlər: