Rusiya ABŞ-ın bu silahlarını İrana göndərib – CNN

Rusiya ABŞ-ın bu silahlarını İrana göndərib – CNN

Rusiya Ukraynada ələ keçirilən ABŞ silahlarının bir hissəsini araşdırma üçün İrana göndərib.

AzerTimes xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, göndərilən silahlar “Javelin” tank əleyhinə və “Stinger” zenit-raket sistemləridir. Rusiya İrana silahları söküb analiz etmək üçün verib. İran ordusu bu silahların analoqlarını yaratmağa cəhd edə bilər.

ABŞ rəsmiləri problemin geniş yayılmış və sistematik olduğuna inanmır. Çünki Kiyev ABŞ silahlarının itirilməsi barədə Pentaqona məlumat verir.

Qeyd edək ki, Tehran ABŞ dizaynları əsasında silah sistemlərinin yaradılmasında böyük təcrübəyə malikdir. Belə ki, İranın tank əleyhinə idarə olunan “Tufan” raketi 1970-ci illərdə ABŞ-ın BGM-71 TOW raketi əsasında yenidən dizayn edilib. 2011-ci ildə iranlılar həmçinin ABŞ istehsalı olan Lockheed Martin RQ-170 Sentinel PUA-nı ələ keçirib və analoqunu yaradıblar.

Teqlər: