Rusiya ABŞ-a kiberhücum etməyə hazırdır – Pentaqon

Rusiya ABŞ-a kiberhücum etməyə hazırdır – Pentaqon

Rusiya rəqəmsal məkanda ABŞ üçün kəskin təhlükə yaradır, Vaşinqton və onun müttəfiqlərinə qarşı kiberhücumlar etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin kiber strategiyası ilə bağlı dərc olunmuş sənəddə deyilir.

“Rusiya kiberməkanda ABŞ üçün kəskin təhlükə olaraq qalır. Rusiya manipulyasiya etmək və seçkilərə inamı sarsıtmaq məqsədilə ABŞ-a qarşı bədxah təsir göstərmək üçün səylər göstərib”, – deyə bildirilir.

Strategiyanın mətninə əsasən, Rusiya casusluq, təsir və hücumlar sahəsində öz imkanlarını təkmilləşdirməyə davam edir.

Teqlər: