Binədə mebel mağazasında yanğın: xəsarət alan var

Binədə mebel mağazasında yanğın: xəsarət alan var

Bakının Xəzər rayonununun Binə qəsəbəsində mebel mağazasında yanğın olub.

AzerTimes xəbər verir ki, yanğın 3 mərtəbəli mebel satış mağazasının birinci mərtəbəsində baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir müddətdə söndürülüb.

Hadisə zamanı mağazanın sahibi xəsarət alıb. Yanğın təxminən 150 kvm. ərazini əhatə edib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Teqlər: