Rusiya 76 sərnişin təyyarəsini itirib

Rusiya 76 sərnişin təyyarəsini itirib

Rusiya aviasiya sənayesinə qarşı tətbiq edilən sanksiyalar nəticəsində 76 sərnişin təyyarəsini itirib.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev deyib.

“Təyyarələrin alınması qərarı bizim üçün ani oldu. Ümumilikdə 76 sərnişin təyyarəsini itirdik”, – o bildirib.

Qeyd edək ki, Rusiya aviasiya sənayesinə qarşı sanksiyalar Rusiya-Ukrayna müharibəsindən sonra tətbiq edilib. Xüsusilə, ABŞ və AB Rusiyaya təyyarə və komponentlərin tədarükünə qadağa qoyub, həmçinin onları icarəyə götürdükləri təyyarələri geri qaytarmağa məcbur edib.

Teqlər: