Rusiya 50-dən çox ölkə ilə aviaəlaqəni bərpa edir

Rusiya aprelin 9-dan etibarən koronavirus pandemiyası ilə
əlaqədar tətbiq olunmuş uçuş məhdudiyyətini aradan qaldırır.

Trend-in
məlumatına görə, bunu ölkənin baş naziri Mixaul Mişustin deyib.

Onun sözlərinə görə, uçuş məhduduiyyəti 52 ölkə ilə aradan
qaldırılıb.

“Aprelin 9-dan etibarən biz müntəzəm və çarter reyslərə
məhdudiyyətləri 52 ölkə ilə, o cümlədən Argentina, Hindistan, Çin,
CAR və digər dost ölkələrlə aradan qaldırırıq”, – M.Mişustin
deyib.

Xatırlada ki, Ukraynadankı hərbi əməliyyatlarla əlaqədar bir
sıra ölkələr Rusiya üçün hava məkanını bağlayıb.