Rusiya 45 minlik ordu ilə hücuma hazırlaşır

Rusiya 45 minlik ordu ilə hücuma hazırlaşır

Rusiyanın Liman-Kupyansk istiqamətində 45 mindən çox hərbi qulluqçusu, çoxlu sayda tankı, piyadaların döyüş maşınları, artilleriya sistemləri var. Lakin Ukrayna Silahlı Qüvvələri güclü müdafiəyə malikdir.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş deyib.

“Onlar hücum etməyə çalışırlar. Ancaq onlarda öz torpaqlarını müdafiə edən və geri çəkilməyə yerləri olmayan hərbçilərimizdə olduğu kimi motivasiya yoxdur”, – Yevlaş bildirib.

Teqlər: