Rusiya 43 Kanada vətəndaşına sanksiya tətbiq etdi

Rusiya 43 Kanada vətəndaşına sanksiya tətbiq etdi

Rusiya 43 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda Kanadanın Rusiya şirkətlərinin yüksək səviyyəli rəhbərləri və ailə üzvlərinə qarşı may ayında sanksiya qərarını verdiyi xatırladılıb.

Buna cavab olaraq 43 kanadalının sanksiya siyahısına salındığı və Rusiyaya girişinin qadağan edildiyi bildirilib.

Teqlər: