Rusiya 3 şəhərə raket zərbələri endirdi

Rusiya 3 şəhərə raket zərbələri endirdi

Bu gün səhər saatlarında Rusiya ordusu Zaporojyeyə raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux məlumat yayıb.

O bildirib ki, şəhərdə partlayışlar baş verib.

Starux raket qalıqlarının şəhər mərkəzində qaldığını vurğulayaraq, sakinlərdən ona yaxınlaşmamağı xahiş edib.

Şəhər Şurasının katibi Anatoli Kurtev isə raket zərbələrinin yaşayış evinə və infrastruktura ziyan vurduğunu deyib.

Qeyd edək ki, bu gün Xarkov və Xersona da raket zərbələri endirildiyi, Xarkovda 5 nəfərin yaralandığı vurğulanıb.

Teqlər: