Rusiya 25-dən çox məntəqəyə zərbələr endirdi

Rusiya 25-dən çox məntəqəyə zərbələr endirdi

Ötən gün rus ordusu Zaporojye və Xarkov vilayətlərinin mülki infrastrukturuna raket hücumları həyata keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən qoşunları Severski, Slobojanski, Kupyanski, Limanski, Baxmutski, Avdeyevski, Novopavlovski istiqamətlərində Müdafiə Qüvvələrinin mövqelərini atəşə tutublar”, – məlumatda qeyd olunub.

Bundan əlavə, Zaporojye və Xerson istiqamətlərində düşmən Ukrayna Silahlı Qüvvələrinin mövqelərini və Dnepr çayının sağ sahili boyu mülki infrastrukturu atəşə tutmaqda davam edir. 25-dən çox yaşayış məntəqəsinin əraziləri tanklardan, minaatanlardan, toplardan və raket artilleriyasından atəşə tutub.

Teqlər: