Rus xüsusi təyinatlılar Ermənistanda təlimlərə başladı

Rus xüsusi təyinatlılar Ermənistanda təlimlərə başladı

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı bölmələri Alagöz yüksək dağlıq poliqonunda təlimlərə başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib.

“Xüsusi təyinatlılar “düşmən”in diversiya-kəşfiyyat qrupunun cəmləşdiyi yerləri müəyyən etmək üçün naməlum ərazidə kəşfiyyat aparıblar. Kamuflyaj edilmiş komanda məntəqələrini, radiostansiyaları və rabitə mərkəzlərini, avadanlıq qruplarını və sursat anbarlarını aşkar etmək üsullar işlənib hazırlanıb. Aşkar edildikdən sonra “düşmən” məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: