Rus xalqı Putinin müharibəsini istəmir – ABŞ

Rus xalqı Putinin müharibəsini istəmir – ABŞ

Rusiya sərhədlərinə insanların axını, ölkəni tərk etmək istəmələri, həmçinin Rusiya şəhərlərində etiraz aksiyaları əhalinin Putinin Ukraynaya qarşı müharibəsini dəstəkləmədiyini göstərir.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karin Jan-Pyer deyib.

“Rusiyada gördüyümüz odur ki, ruslar bu müharibəni istəmədiklərini, Putinin müharibəsini dəstəkləmədiklərini deyirlər”, – sözçü bildirib.

O vurğulayıb ki, Ukraynada amansız müharibəni bir nəfər – prezident Putin başladıb və yalnız o, savaşı dayandıra bilər.

Teqlər: