Baltik dənizindəki qaz kəmərlərinə hücum ola bilər

Baltik dənizindəki qaz kəmərlərinə hücum ola bilər

Bir neçə həftə əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Almaniya hökumətinə Baltik dənizində qaz kəmərlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Şpiqel” nəşri məlumat yayıb.

Bildirilib ki, yayda Berlin Amerika kəşfiyyat xidmətindən müvafiq göstəriş alıb. Baltik və Şimal dənizlərində boru kəmərləri və sualtı kabellər şəbəkəsinə mümkün hücum təhlükəsi hələ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl hərbi rəsmilər tərəfindən nəzərdən keçirilirdi.

“Dünya miqyasında sualtı şəbəkələr enerji təchizatı, eləcə də internetin dayanıqlığı üçün son dərəcə vacibdir, lakin əhəmiyyətinə baxmayaraq, onlar hələ də hücumlardan və ya təxribat aktlarından zəif qorunur”, – Bundesverin yüksək rütbəli rəsmisi deyib.

Qeyd edək ki, ötən gün “Şimal axını 1” və “Şimal axını 2” qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb.

Teqlər: